Korporativ səyahət

“Qlobal Travel” Şirkəti 31 may 1999-cu il tarixində fəaliyyətə başlayıb. Şirkət yarandığı gündən etibarən işgüzar səfərlərin təşkili sahəsində xidmətlərin inkişaf etdirilməsini qarşıya əsas məqsəd qoyaraq buna nail olmuşdur. Cəmi bir neçə il sonra, yəni 2005-ci ildə “Qlobal Travel” “BCD Travel” qlobal şəbəkəsinin eksklüziv tərəfdaşına çevrilmişdir.

102 ölkədə təmsil olunan “BCD Travel” bütün dünyada səyahətin təşkili sahəsində aparıcı şirkətlərdən biridir.

Yeni portfelimizin müştərilər üçün üstünlüklərinə aşağıdakılar daxildir:

“BCD Travel” effektiv nəticələrin əldə edilməsi üçün hazırlanmış dəqiq strategiya tətbiq edərəkmüştəriləri öz məqsədlərinə nail olmaq üçün zəruri olan məsləhət xidmətləri ilə təmin edəcək. Biz aşağıdakıları həyata keçirməklə müştərilərimizə öz səyahət proqramlarına əlavə dəyər qatmağı təklif edirik:

Xidmətin təşkili sahəsində liderlik

“BCD Travel”-in sifarişləri fəal şəkildə idarə edən işçi heyəti bütün tərəflərə bütün səviyyələrdə sistemli şəkildə məlumatın verilməsini və müştərinin səyahət proqramında fəal iştirakı təmin edir. Komandanız fəaliyyət səmərəliliyini qlobal xidmət səviyyəsi razılaşması ilə müəyyən edilmiş standartlarınıza uyğun şəkildə qiymətləndirəcək.

Texnologiyanın təkmilləşdirilməsi

“BCD Travel”-ın ümumi, intuitiv texnologiya infrastrukturu çoxsaylı təchizatçılar və distribüterlərin təqdim etdiyi səyahət imkanlarını özündə cəmləşdirir. Bundan əlavə, “BCD Travel” müştərinin səyahət proqramını təhlil etmək üçün özünün kompleks metodologiyasından istifadə edəcək və müştərinin texnologiyanın təkmilləşdirilməsindən faydalana biləcəyi imkanları təklif edəcək.

Ən yeni texnologiyadan istifadə

Müştəri qabaqcıl texnoloji həllərin inteqratoru kimi qazandığımız geniş təcrübədən faydalanacaq.

Operativ məlumatlandırma

Biz qlobal hesabat texnologiyamız sayəsində müştərilərə onlayn konsolidasiya edilmiş hesabatları istənilən zaman, istənilən yerdə verməyə hazırıq. Digər ölkələrin inteqrasiyası nəticəsində “BCD Travel” onlayn hesabat sistemini daha da genişləndirib, bu isə müştərilərə səyahətə nəzarətin təhlükəsizliyi də daxil olmaqla səyahətdən öncə və sonra məlumatların xülasəsini əldə etmək və təhlil etmək imkanı yaradacaq.

Tələblərə uyğunlaşma

“BCD Travel” müştərilərin tələblərini tam şəkildə nəzərə alır və müştərinin məqsədlərinə uyğun formada xidmət həyata keçirir. Bizim fəaliyyət sistemimiz sizin istəklərinizi fərdi şəkildə reallaşdırmaq üçün nəzərdə tutulub və müştərinin tələblərinə asanlıqla uyğunlaşma imkanlarımız gücümüzün və fərqliliyimizin təməlində dayanır.

Səmərəli təşkil

Müştərilərlə iş üzrə mütəxəssis sizinlə birlikdə xərclərin azaldılması və prosesin təkmilləşdirilməsi planı hazırlayacaq və bu planda sizin səyahət zamanı xərclərə maksimum şəkildə qənaət etməyinizi təmin etmək məqsədilə hər ay təhlil edəcəyimiz məqsədlər əks olunacaq.