MICE

Bizimlə müştəriləriniz Azərbaycanı sevəcək və onu özləri üçün kəşf edəcəklər!

“BCD Travel Azərbaycan - Qlobal Travel” Şirkəti sizə hər il keçirdiyiniz görüşlərə sərf etdiyiniz vəsaitə nəzarət etmək, səmərəliliyin gücləndirilməsi məqsədilə görüşlərin sayını artırmaq, həvəsləndici tədbirlər sayəsində satış imkanlarını və ya bazardakı mövqeyi təkmilləşdirmək kimi istəklərinizi reallaşdırmaqda kömək edə bilər.

2016-cı ildə “Qlobal Travel” Şirkəti “BCD Travel Meetings&Events”-in qlobal şəbəkəsinin eksklüziv tərəfdaşına çevrildi. Hal-hazırda biz işgüzar fəaliyyətdə səmərəli nəticələrin əldə olunması üçün insan resurslarını, zəhmətsevərliyi və məqsədyönlülüyü özündə cəmləşdirən agentlik kimi qlobal tədbirlərin və görüşlərin təşkili üzrə kompleks xidmətlər təklif edirik.