Tədbirlər

Tədbirlərin, nümayişlərin idarə olunması, korporativ tədbirlərin təşkili.

Bəzi tədbirlər qonaqlarda və əməkdaşlarda müsbət təəssürat yaradır və həm təşkilatçıların, həm də iştirakçıların yaddaşında uzun zaman silinməyən iz buraxır.

“Bir qayda olaraq ciddi işgüzar tədbirlər ya səmərəli, ya da mükəmməl olmalıdır”- belə bir ümumi yanaşma mövcuddur ki, bunların hər ikisini eyni anda təmin etmək mümkün deyil. “BCD M&E” isə səmərəlilik və mükəmməlliyi bir araya gətirərək bunun tam əksini sübut etməyə hazırdır. Bundan əlavə “BCD M&E” həm mürəkkəb bir məsələnin həlli üçün nəzərdə tutulmuş, qızğın fikir mübadiləsinin aparıldığı korporativ tədbirlər, həm də müəyyən bir bayramın və ya şirkətin növbəti böyük uğurunun qeyd olunduğu korporativ tədbirlər təşkil etmək imkanına malikdir.

Əlavə məlumat əldə etmək üçün “BCD M&E” ilə əlaqə saxlayın.