İclaslar

İşgüzar görüşlərin təşkili “BCD Meetings and Events”-in prioritet fəaliyyət istiqamətlərindən biridir. Buraya dəyirmi masalar, konfranslar və mətbuat konfransları, işgüzar və rəsmi qəbullar, mətbuat konfransları, biznes-lanç, press-turlar, brifinqlər, seminarlar və təqdimatlar daxildir. Çoxillik təcrübə və komanda işi sayəsində istənilən növ işgüzar tədbirin təşkili və keçirilməsi yüksək səviyyədə baş tutur.

Xidmətlərimizə aşağıdakılar daxildir:

  • işgüzar görüşlərin və tədbirlərin, həvəsləndirici tədbirlərin, kollektivin formalaşdırılması üzrə dərslərin və master-klassların hərtərəfli təşkili;
  • Bakıda və Azərbaycanın regionlarında, hətta xaricdə geniş bazanın mövcudluğu;
  • iaşə obyekti xaricində iaşə xidməti, qidalanma və ekskursiya xidmətinin təşkilində tam dəstək;
  • viza dəstəyi (Şengen ölkələri, Böyük Britaniya, ABŞ və s. ölkələr üçün);
  • marşrutun optimallaşdırılması, aviabiletlərin və qatar biletlərinin rezervasiyası, transferlər;
  • işgüzar və əyləncəli tədbirlərin, kollektivin formalaşdırılması üzrə proqramların, qala gecələrinin təşkili;
  • qrup şəklində səyahət edənlər üçün optimal seçim imkanları və otel rezervasiyası;
  • yüksək keyfiyyətli cihazların və bütün lazımi avadanlıqların (projektorlar, ekranlar, səsgücləndiricilər, sinxron tərcümə avadanlıqları və müxtəlif miqyaslı tədbirlər üçün lazım olan digər bütün vasitələr) təmin edilməsi;
  • qısa müddətdə lazımi işçilərin, peşəkar bələdçilərin cəlb olunmasına imkan verən geniş tərəfdaş şəbəkəsi;
  • daşınma və logistika xidmətləri.