Korporativ tədbirlər

Korporativ tədbirlər — korporativ mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi onun yaranması, qorunub saxlanılması və yeni əməkdaşın təqdim olunması baxımından ən vacib komponentlərdən biri olaraq şirkətdə loyallığın və mənəvi stimulların artırılmasına yol açmaqla kollektivin formalaşdırılması (işçinin sosial paketinin bir hissəsi kimi) ilə bağlı məsələlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə imkan verən, bir sözlə desək, hər bir şirkətdə motivasiya üçün zəruri əhəmiyyət kəsb edən amillərdən biridir. Xidmətin hərtərəfli təşkilini həyata keçirən təchizatçı olaraq “BCD Meetings &Events”-in komandası Azərbaycanda müştərilərə geniş təchizatçı bazası ilə birbaşa müqavilələr əsasında planlaşdırılan tədbirlərin hər biri üçün ayrıca proqramlar təklif edir. Hər bir layihə üzrə həmin layihənin icra olunmağa başlandığı andan etibarən onun başa çatdırılmasına qədər hər bir məqama nəzarət edən xüsusi rəhbər təyin olunur. Bizim bütün mütəxəssislərimiz tədbirlərin təşkili və idarə edilməsi sahəsində geniş təcrübəyə malikdirlər, bu isə layihənin bütün mərhələlərdə yüksək səviyyədə icrasına imkan yaradır.

Korporativ mədəniyyətdə korporativ tədbirlər aşağıdakı növlərə ayrılır:

  • təlim xarakterli tədbirlər – təlimlər, seminarlar;
  • işgüzar görüşlər;
  • əyləncəli tədbirlər – ekskursiyalar, idman oyunları, kvestlər, tematik tədbirlər;
  • intellektual fəaliyyət- psixoloji təlimlərin, intellektual müsabiqələrin keçirilməsi

“BCD Meetings& Events” tərəfindən MICE sahəsində təşkil olunan tədbirlər:

  • elmi konfranslar, forumlar və konqreslər;
  • dilerlər üçün konfrans və seminarlar;
  • müştərinin məhsul trendlərinin təqdimatı;
  • dəyirmi masalar;
  • daxili korporativ təlimlər, seminarlar və görüşlər;
  • video və audio konfranslar