Dünyanın 102-dən çox ölkəsində fəaliyyət göstərən “BCD Travel” milli, çoxmillətli və qlobal korporasiyaların səyahətin mükəmməl təşkili üzrə tərəfdaşıdır.
BCD Travel ən son texnologiya məhsullarından istifadə etməklə şirkətinizə ümumi səyahət xərclərinin daha çox azaldılmalı olduğu sahələrin müəyyən edilməsi ilə yanaşı səyahət təşkilatçılarınızla daha sərfəli danışıqlar aparmaqda kömək etmək üçün məlumatların idarə olunması üzrə müfəssəl hesabatlar təqdim edə bilər.
Artıq uzun illərdir ki, səyahətlə bağlı texnologiya sahəsində liderlik edərək “BCD Travel” müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün texnologiyanın inkişafına mühüm sərmayələr yatırır. Satış nöqtələrimizdəki rezervasiya sistemlərinin davamlı inkişafı sayəsində biz müştərilərimizin öz işgüzar səfər siyasətlərinin şərtləri daxilində ən sərfəli tariflərdən faydalanmasını təmin edirik.