"BCD Travel Azərbaycan - Qlobal Travel" xarici ölkəyə səfər edən hər bir müştəriyə tibbi sığorta təklif edir. Uzun illərdir ki, Azərbaycanda ən yaxşı sığorta şirkətlərindən olan "Atəşgah" və "PAŞA" sığorta şirkətləri ilə uğurlu əməkdaşlıq edirik. Sığorta şəhadətnaməsi müştərimiz tərəfindən seçilən sığortalanma məbləğinə uyğun olaraq ofislərimizdə təqdim olunur.
Sığorta təminatının məbləğindən və xarici ölkədə qalacağınız müddətdən asılı olaraq aşağıda göstərilən sığorta şəhadətnamələrindən birini seçə bilərsiniz.