Konfranslar

Konfranslar MICE sahəsində ən çox keçirilən tədbirdir. Konfrans həm işgüzar məsələləri müzakirə etmək, həm də dünyanın müxtəlif şəhərlərini görmək imkanı yaradır. Konfransların planlaşdırılması, təşkili və idarə edilməsi üçün xüsusi yanaşma və səriştəli mütəxəssislərin cəlb olunması tələb olunur. Dünyanın müxtəlif ölkəsində istənilən formatda və miqyasda layihələrin təşkili üzrə zəngin təcrübəyə malik peşəkarlardan ibarət komandamız tədbirlərin keçirilməsi üçün ən səmərəli proqramlar ərsəyə gətirəcək. Öz növbəmizdə biz aşağıdakıları həyata keçirəcəyik:

  • otel və konfrans-zalnın icarə edilməsi;
  • ekskursiya proqramının tərtib olunması;
  • büdcənin hərtərəfli şəkildə planlaşdırılması;
  • tələb olunan çap materiallarının hazırlanması;
  • aviabiletlərin bron edilməsi;
  • iştirakçıların qeydiyyata alınması;
  • görüşün təşkili və iştirakçıların konfransın keçiriləcəyi məkana aparılması;
  • hoteldə iştirakçılar üçün nömrələrin təşkili;
  • tədbirlə bağlı texniki dəstəyin göstərilməsi;
  • banket və ayaqüstü ziyafətin təşkili;
  • banket zalının və konfrans-zalın müəyyən edilməsi;
  • işgüzar tədbirin əyləncəli hissəsinin təşkili;
  • iştirakçılar üçün yeməyin təşkili;
  • informasiya dəstəyinin və PR-dəstəyinin göstərilməsi
  • tədbirin bütün iştirakçılarının təhlükəsizliyinin təmin olunması.