Şirkətin əməkdaşlarının işə marağını artırmaq, tərəfdaşları və ya müştəriləri fəaliyyətə ruhlandırmaq üçün keçirilən həvəsləndirici tədbirlər kollektivin formalaşdırılması ilə bağlı tədbirləri və idman yarışlarını özündə birləşdirir və adətən xaricə səfər xarakteri daşıyır. Təbiət qoynunda, gözəl mənzərəli məkanlarda səyahət macərası həm işçilərdən, həm də müştərilər və ya işgüzar tərəfdaşlardan ibarət səyahət qrupuna udunulmaz anlar yaşadacaq. Həvəsləndirici tədbirlərimiz ilə yanaşı kollektivin inkişafı proqramlarımız da olduqca effektivdir və iştirakçılarda komanda ruhunu gücləndirir. Bu, şirkətin əməkdaşlarında ruh yüksəkliyi yaratmaq və onlarda işə həvəsi artırmaq və ya proqramın üstünlüklərindən istifadə etməklə şirkətin müştərilərinə minnətdarlıq bildirmək üçün mükəmməl fikirdir. Biz sizi öz dostlarınız və əməkdaşlarınızla birlikdə bizə müraciət etməklə mini-qolf, tennis və ya qolf, at yarışlarında iştirak etməyə, yaxud Azərbaycanın füsunkar təbiəti ilə əhatə olunan məkanlarda xizək və ya snoubord sürməyə dəvət edirik.