Biz müştərilərimizin fikirlərinin böyük əhəmiyyətə malik olduğuna düşünürük və sizə bazarda xidmətlərin ən geniş çeşidini təklif etdiyimizdən əminik.
“BCD Travel Azərbaycan - Qlobal Travel” Şirkəti sizə müxtəlif mehmanxanalar, mənzillər (özünəxidmət üçün nəzərdə tutulmuş) və özəl villalar təklif etməklə tez, asan və rahat şəkildə öz tələblərinizə uyğun rezervasiyalar etmək imkanı yaradır.
“BCD Travel Azərbaycan - Qlobal Travel” səyahət bazarındakı cari tendensiyaları nəzərə alaraq, sizə xidmətlərin ən yeni çeşidlərini təklif etmək üçün səyahət edəcəyiniz bütün istiqamətlərdə ən optimal tariflər əldə etməyə çalışır.
Biz Galileo, Amadeus, Gulliver, Kuoni və Horse 21 kimi interaktiv rezervasiya sistemlərindən istifadə edirik. Bu isə müştərilərimizə gündəlik olaraq ən yaxşı tariflərlə tanış olmaq imkanı yaradır.
Biz Azərbaycanda Hyatt Hotels, Radisson SAS, Quality Reservations və "Best Eastern Hotels" kimi məşhur mehmanxana qrupları üçün mehmanxana və kurort rezervasiyaları həyata keçiririk.